“Almaniya və NATO-ya üzv başqa dövlətlər NATO-ya üzv olanadək İsveç və Finlandiyanın təhlükəsizliyinə təminat verə bilər”.
“Realpress.az” TASS-a istinadən bildirir ki, bunu Almaniya Bundestaqının (parlamentinin) Xarici siyasət məsələləri üzrə komitəsinin sədri Mixael Rot Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.
“İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə Rusiyanın təcavüzkar ritorika və təxribatla reaksiya verməsi mümkündür. Hər iki ölkə Almaniyanın dəstəyinə arxalana bilər”, - o vurğulayıb.
Qeyd edək ki, Mixael Rot hakim Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.
Mayın 15-16-da İsveç və Finlandiya üzvlüklə bağlı NATO-ya rəsmi müraciət edəcək.
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır.
“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.