Vyetnamın Baş naziri Fam Min Çin Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.
“Realpress.az” TASS-a istinadən xəbər verir ki, məlumatı Vyetnamın rəsmi mənbələri yayıb.
Bildirilib ki, Vyetnam hökumətinin başçısı ABŞ-ın dövlət katibi ilə Şərq dənizində (Yapon dənizində) sülh, azadlıq, dəniz nəqliyyatı və aviasiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər. Onlar meydana çıxan istənilən mübahisəli məsələni beynəlxalq hüquq, ilk növbədə 1982-ci ildə BMT-nin Dəniz hüquq üzrə qəbul olunan konvensiyası əsasında dinc yolla həllinin vacibliyini vurğulayıblar.
Vyetnamın Baş naziri ASEAN-ABŞ xüsusi zirvə toplantısını təşkil etdiyi üçün ABŞ-a təşəkkürünü bildirib. Fam Min Çin ikitərəfli münasibətlərdən danışaraq qeyd edib ki, ABŞ Vyetnamın vacib tərəfdaşlarındandır. O, iki ölkə arasında əlaqələri yüksək qiymətləndirərək ABŞ-ın Vyetnamla əməkdaşlığı inkişaf etdirəcəyinə və müxtəlif sahələrdə dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, 1955-ci il noyabrın 1-dən-1975-ci il aprelin 30-dək Vyetnamla ABŞ arasında müharibə olub.
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır.
“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.