Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.
“Realpress.az” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib.
Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.
Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.
Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır.
“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.