Niderland Rusiya və Belarusun ümumi dəyəri 640 milyon avro aktivlərini dondurub.
“Realpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsinə riayət olunması və monitorinqi üzrə koordinator Stef Blokun dərc olunmuş yekun hesabatında deyilir.
Sənədə görə, bundan əlavə, 425 milyon avro dəyərində maliyyə əməliyyatları bloklanıb, altı təyyarə və 24 gəmi sanksiyalar altında olduğundan sahiblərinə verilə bilməz.
Gömrük orqanları tərəfindən malların idxalına görə 34 mindən çox konteyner, 77,5 min ixrac bəyannaməsi və 11,3 min bəyannamə yoxlanılıb.
Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları xüsusən də Ukrayna ilə Rusiya arasında razılaşma yolu ilə müharibəyə son qoymaq imkanlarını müzakirə edirlər. Çünki Rusiya ilə biznesi yenidən bərpa etmək lazımdır.
“Məndə cərrahi müdaxilənin tələb olunduğu onurğa travması var”.
“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.