Bakıda yeniyetmə qızlar itkin düşüb.
Sabunçu rayonu, Maştağa qəsəbə sakini 16 yaşlı H.Ağayeva və Nəsimi rayon sakini 15 yaşlı X.Bayramova yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Hər bir fakt üzrə polisə məlumat daxil olub. Onların tapılması üçün əməliyyat-axtarış işləri davam etdirilir.
Qeyd edək ki, onların hər ikisinin məktəbli olduğu bildirilir.
“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 107 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.