Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA
12 May 2022 12:33


Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq. 

Bu barədə məlumatı realpress.az Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə edib. 

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır. Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.  

Bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətə gedə bilər. Başqa ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. 

Eyni zamanda, ancaq 65 yaşa qədər olan vətəndaşlar Həcc ziyarətinə gedə biləcəklər. Buna səbəb kimi yaşlı adamların koronavirus infeksiyasına daha tez yoluxmaları əsas gətirilib.

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Qeyd edək ki, bir neçə gün əvvəl 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağan olunub.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.