Sumqayıtda amansızca qətlə yetirilən şəxsin FOTOLARI

Sumqayıtda amansızca qətlə yetirilən şəxsin FOTOLARI
07 Fev 2022 12:09


Fevralın 3-ü saat 22:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ramin Nəzərli tutularaq istintaqa cəlb olunub.

"Realpress.az" amansızca qətlə yetirilən şəxsin fotolarını təqdim edir:




Xatırladaq ki, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, hadisə vaxtı Sədiyar çay evində dostları ilə çay içirmiş, bu zaman onu qonşusu Ramin çölə çağırıb və mübahisə zəminində 22 yaşlı oğlan özündən 30 yaş böyük şəxsə kəsici alətlə xəsarət yetirib. Qara ciyəri zədələnən və daxili qanaxma nəticəsində çoxlu qan itirən Sədiyar Novruzov vəfat edib. 

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.