İndoneziyanın Bali adası fevralın 4-dən xarici turistləri qəbul edəcək.
Bu barədə İndoneziyanın Dənizçilik və İnvestisiyalar üzrə əlaqələndirici nazir Luhut Binsar Pancaitan məlumat verib.
Bildirilir ki, müvafiq qərar COVID-19 pandemiyasından zərər çəkmiş İndoneziya adasının iqtisadiyyatının bərpasına kömək məqsədi daşıyır.
Nazir həmçinin bildirib ki, İndoneziya rəhbərliyi tam peyvənd olunmuş turistlər üçün karantin müddətini 7 gündən 5 günə endirmək qərarına gəlib.
Mənbə: TASS
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.