Arxeoloqlar Misirdə içərisində mumiyalar olan unikal qurbangah aşkar ediblər - FOTO

Arxeoloqlar Misirdə içərisində mumiyalar olan unikal qurbangah aşkar ediblər - FOTO
01 Fev 2022 10:26


Misirin Asuan şəhərində arxeoloqlar yanmış binada gizli qalan qədim ailə məzarının girişini aşkar ediblər.

Mütəxəssislər içəridə müxtəlif yaşlarda olan 30 mumiya, o cümlədən artritli bir neçə qoca, həmçinin uşaqlar və yeni doğulmuş uşaq tapıblar.

Tədqiqatçılar türbənin tarixini hələ müəyyənləşdirməsələr də, bir ailənin əsrlərlə orada ölülərini dəfn etdiyini düşünürlər.

Milan Universitetinin professoru, Misirşünas və qazıntıların rəhbəri Patrisiya Piasentininin sözlərinə görə, dəfnlər böyük ehtimalla Ptolemey və Roma dövründə - eramızdan əvvəl I əsrdən eramızın II və ya III əsrlərinə qədər aparılıb.

Aşkar edilən nekropol Nil çayı boyunca kiçik bir təpənin üstündə yerləşən Ağa Xanın məqbərəsi ərazisində arxeoloqlar tərəfindən tapılan 300 məzardan biridir. Ancaq bu nekropol, ehtimal ki, qurbanlar üçün istifadə edilməsinə görə unikaldır.

“Vadidə yerləşdiyinə görə görünür bu bina Asuanda xüsusilə ehtiramla qarşılanan məhsuldarlıq tanrısı Xnum üçün qurbanlar kəsilən müqəddəs yer kimi istifadə olunub. Ondan yaxşı kim bu nekropolda yatanlara əbədi həyat verə bilərdi?”, - deyə Piacentini qeyd edib.

Patricia Piacentini və komandası binanın divarlarında yanğın izləri tapıblar. Yanğın ritualı yerinə yetirənlər və ya qəbir soyğunçuları tərəfindən törədilə bilərdi. Lakin arxeoloqlar burada ritualların keçirildiyinə dair əlavə sübutlar tapıblar. İçərisində heyvan sümükləri, bitki, meyvə qalıqları, vaza parçaları, boyunbağı və digər əşyalar aşkar edilib.

Qazıntı rəhbəri qeyd edib ki, yaşını müəyyən etmək və digər təfərrüatları öyrənmək üçün tapıntıları hələ təhlil etməlidirlər.

Mənbə: Live Science

23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.