ANAMA sədri: "Bərdə-Ağdam dəmiryolu xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib"

ANAMA sədri: "Bərdə-Ağdam dəmiryolu xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib"
28 Yan 2022 17:08

Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryolu xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi silah-sursatlardan təmizlənib.

Bu barədə Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib.

O deyib ki, hazırda Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmiryolu xəttinin uzunluğu 26,3 kilometrdir:

"ANAMA artıq bunun 10 kilometrlik hissəsini təmizləyib və 6 kilometri artıq təhvil verilib. Qalan 4 kilometrlik məsafə də gələn həftə təhvil veriləcək. Bu ərazi keçmiş təmas xəttindən keçən bir ərazidir. Burada çox sayda minalar və partlamamış hərbi sursatlar var və çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda biz burada yalnız əllə təmizləmə işləri aparırıq. Burada xüsusi təlim keçmiş itlərdən və mexaniki təmizləmə üsullarından istifadə etmək olmur. Bu il ərzində planlaşdırılan işlərə görə, Ağdam rayon ərazisində 49 200 hektara yaxın ərazi təmizlənəcək. Burada müxtəlif layihələr icra olunur. Bərdə-Ağdam avtomobil yolu layihəsi artıq hazırdır. Ağdam-Bərdə dəmiryolu xətti, Ağdam-Xındırıstan elektirik layihəsi, Ağdam-1, Ağdam-2 yarımstansiyalarını birləşdirən elektrik xətlərinin çəkilişi tam təhvil verilib. Ümumiyyətlə, ötən il ərzində Minatəmizləmə Agentliyi 59 layihənin icrasına başlayıb. Onlardan 48 layihə tamamlanıb və təhvil verilib".


29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.