Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanması üçün görüləcək işlər açıqlanıb

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanması üçün görüləcək işlər açıqlanıb
28 Yan 2022 16:21

"Azad edilən ərazilərdə şəhərsalma planlarının həyata keçirilməsi üzrə işçi qrupun fəaliyyəti başlayıb".

Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib.

Onun sözlərinə görə, əsasən, Ağdam, Füzuli və Şuşa şəhərlərinin Baş planları hazırlanıb təsdiq olunması prosesi həyata keçirilib:

"Həmçinin dövlət başçısının tapşırığına əsasən, digər bir istiqamət işğaldan azad edilən ərazilərimizdə ermənilərin təbiətimizə vurduğu ziyanın aradan qaldırılmasıyla bağlıdır. Təbiətimizə erməni vandalları tərəfindən ciddi ziyan vurulub meşələrimiz məhv edilib. Bunula əlaqədər olaraq ekoloji məsələlərlə bağlı fəaliyyət göstərən işçi qrupu müəyyən işlər həyata keçirib. Ölkə başçısının ilk tapşırıqlarından biri də "Bəsitçay" Dövlət qoruğunun bərpa olunmasıdır. Bununla əlaqədar ölkə başçısı müvafiq sərəncam imzalayıb. Həmçinin 2022 - 2026-cı illəri əhatə edən işğaldan azad olunmuş ərazilərdə meşə bərpa tədbirlərini nəzərdə tutan tədbirlər planı artıq təsdiq olunub. Bu tədbirlər planına əsasən, Qarabağ İqtisadi Rayonu və Şərqi Zəngəzur İqtisadi zonaları ərazisində 30 min hektar ərazini əhatə edən meşələrin bərpası nəzərdə tutulur."


16 Apr 2024
Cəmiyyət

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

16 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov: “Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO

“Bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisədə ümumi daxili məhsulun tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb”.

16 Apr 2024
Cəmiyyət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Cəmiyyət

Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

16 Apr 2024
Cəmiyyət

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.