“CinemaPlus”da Selin Diona həsr olunan filmin nümayişi ilə bağlı tədbir keçirilib

“CinemaPlus”da Selin Diona həsr olunan filmin nümayişi ilə bağlı tədbir keçirilib
28 Yan 2022 15:40

Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.

"Realpress.az" xəbər verir ki, tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L'veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.

Şou-biznes ulduzları, jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.

Filmin yaradıcısı, rejissor, ssenarist və baş rolda çəkilən Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.

Baş rollarda Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel çəkilib.

Filmin məzmununa gəlincə, məşhur prodüser əyalətdə unikal səsi olan qızı tapır: onun ulduz olmaq və dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq xəyaldan onun həyata keçməsinə qədər bir çox addımlar var. Və sevgi həyatda əsas şeyə çevriləndə hədəfə doğru getmək çox çətindir.

Tədbirin təşkilinə “Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su dəstək göstəriblər.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.