Lukaşenko: "Müharibə olarsa, Belarus Rusiyanı müdafiə edəcək"

Lukaşenko: "Müharibə olarsa, Belarus Rusiyanı müdafiə edəcək"
28 Yan 2022 15:14

“Müharibə olacaq, ya yox? Müharibə iki halda - Belarusa qarşı birbaşa təcavüz olarsa, bir də bizim Belarus açıq savaşa birbaşa cəlb edilərsə, ola bilər. Başqa tərəfdən müttəfiqimiz Rusiyanın ərazi bütövlüyünə qarşı təcavüz edilərsə, Belarus bu müharibədə iştirak edəcək. Bu, müttəfiqlik haqqında müqaviləmizə əsaslanır”.

“Realpress.az” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 28-də parlament və ölkə əhalisinə müraciətində bildirib.

“Qərb kollektivinə cox vacib sualın cavabını vermək istəyirəm - Belarusun ərazisində qoşun olacaq? Bizim ölkəmizə təcavüz olarsa, onda burada öz müqəddəs torpağını qorumaq uğrunda mübarizəyə qalxan yüz minlərlə Belarus xalqının yanında yüz minlərlə Rusiya qoşunu olacaq”, - o vurğulayıb.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.