“Omikron”dan sonra fəsadlar qala bilər?

“Omikron”dan sonra fəsadlar qala bilər?
28 Yan 2022 12:33


“İnsanlar “Omikron” ştammını koronavirusun əvvəlki variantlarına nisbətən daha yüngül formada keçirir. Ancaq bu, onun xüsusiyyətlərinə görə deyil, peyvənd olunanların sayının artması ilə bağlıdır”.

Bunu  sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Delta” ilə müqayisədə “Omikron”la yoluxma zamanı xəstəliyin şiddətinin azalmasını müşahidə edirik”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, yeni ştamm yoluxan insanın sağlamlığına əvvəlki ştammlar kimi təsir edir, əsasən laxtalanma, sinir sistemi, yaddaşın zəifləməsi kimi fəsadlara yol açır.

“Yoluxub sağaldıqdan bir müddət sonra bu problemlər keçir.

Vətəndaşlarımıza tövsiyəm odur ki, virusa yoluxmanı yüngül keçirtmək üçün mütləq qaydada vaksin olunsunlar”, - M.Əliyev əlavə edib.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.