"Qarabağ"ın transferə çıxardığı futbolçu Kipr klubuna keçir

"Qarabağ"ın transferə çıxardığı futbolçu Kipr klubuna keçir
28 Yan 2022 10:34

"Qarabağ"ın futbolçusu Qaspar Panadero Kiprin AEK komandasına keçəcək.

"Realpress.az"ın "Goal.com.cy" nəşrinə istinadən məlumatına görə, artıq iki klub arasında şifahi razılıq əldə olunub. Yalnız tərəflər arasında müqavilənin imzalanması qalıb.

"Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı forma geyinib.

Baş məşqçi Qurban Qurbanov Panaderoya qış fasiləsində özünə klub tapmasını tövsiyə edib.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.