Afrikada “Ana” tropik fırtınası 75 nəfərin ölümünə səbəb olub

Afrikada “Ana” tropik fırtınası 75 nəfərin ölümünə səbəb olub
28 Yan 2022 09:35

Afrika ölkələri Mozambik, Malavi və Madaqaskarda tüğyan edən “Ana” tropik fırtınası bir sıra dağıntılara, habelə 75 nəfərin ölümünə səbəb olub.

Bu barədə “Realpress.az” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, qitə ölkələrinin minlərlə sakini evlərini tərk edib. Madaqaskarda azı 41 nəfərin öldüyü, 100 min insanın fırtınanın yaratdığı daşqınlar səbəbindən evlərini tərk etməli olduğu bildirilir. Malavidə azı 19 nəfərin həyatını itirib, ölkə daxilində elektrik enerjisi kəsilib, bəzi bölgələr fəlakət zonası elan edilib.

Fırtına habelə Mozambikdə azı 15 insanın həyatını itirməsinə səbəb olub, bununla belə, rəsmi qurumlar ölənlərin sayının tam məlum olmadığını, 20 min adamın daşqınlardan zərər çəkdiyini xəbər veriblər. Mozambikin milli fəlakət agentliyinin hesablamalarına görə, ölkədə 3 minə yaxın ev qismən, 600-dən çox ev isə tamamilə dağılıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNISEF) Mozambikdə humanitar yardıma ehtiyac duyduğunu təxmin etdiyi 45 000 nəfərə yardım etmək üçün ölkəyə heyət yerləşdirdiyini bildirib.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.