Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb

Acun Ilıcalının komandası Arveladzeyə tapşırılıb
28 Yan 2022 09:08

İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.

"Realpress.az"ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.

Qeyd edək ki, "Hall Siti" İngiltərənin səviyyəcə ikinci sayılan Çempionşipində 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub. O, 6 il əvvəl "Neftçi" ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.