Azərbaycan 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur
27 Yan 2022 12:02

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən "Realpress.az" a verilən məlumata görə, tədbirdə nazirliyin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli, həmin şöbənin məsləhətçisi Kamran Musayev, habelə Misir Ərəb Respublikasındakı Azərbaycan Səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak ediblər.

Sərgidə Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar nümayiş etdirilir.

Açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak edib. O, tədbirdə çıxış edərək sərginin işinə uğurlar arzulayıb.
Bundan əlavə səfər çərçivəsində nazirliyinin nümayəndələri Akif Marifli və Kamran Musayev Misir-Azərbaycan Dostluq Cəmiyyətinə ziyarət edib və nümayəndə heyətinin cəmiyyətin sədri Seymur Nəsirovla görüş təşkil edilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.