Millinin baş məşqçisi: "Nəticəni sensasiya hesab etmirəm"

Millinin baş məşqçisi: "Nəticəni sensasiya hesab etmirəm"
27 Yan 2022 09:22

"Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar və bu gün də bunu sübut etdik".

"Realpress.az"ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, yığma bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla istənilən rəqibə qarşı oynaya bilər: "İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik".

Alesio qrupdan çıxmaq şanslarına da toxunub: "Az da olsa, şansımız qalıb. Bosniya və Hersoqivani ilə görüşə yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Bosniya və Herseqovina matçı yanvarın 29-da keçiriləcək.


27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

26 Mar 2024
İdman

Azərbaycanın üç boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.