"Neftçi"dən ayrılan futbolçu sabiq klubu ilə anlaşıb

"Neftçi"dən ayrılan futbolçu sabiq klubu ilə anlaşıb
27 Yan 2022 09:06

Qış fasiləsində "Neftçi"dən ayrılan Harramiz Soares karyerasını yenidən Portuqaliyada davam etdirəcək.

"Realpress.az"ın yerli mətbuata istinadən məlumatına görə, San-Tome və Prinsipidən olan hücumameylli yarımmüdafiəçi sabiq klubu "Farense" ilə anlaşıb.

32 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2014 - 2016-cı illərdə "Farense"nin formasını geyinmiş Harramiz Soares Portuqaliyanın “O Elvas” (2009 - 2010), “Aljustrelense” (2010 - 2011), “Uniao Montemor” (2011 - 2013), “Benfika B” (2013 - 2014), “Farense” (2014 - 2016), “Kovilya” (2016 - 2017), “Akademika” (2017 - 2018), “Tondela” (2018), “Mafra” (2018 - 2019), “Leyşoynş” (2019 - 2020) və “Eştoril” (2021) klublarında da çıxış edib.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.