Mehriban Əliyeva Fatma Səttarovanı təbrik etdi - FOTO

Mehriban Əliyeva Fatma Səttarovanı təbrik etdi - FOTO
25 Yan 2022 12:30


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illik yubileyi münasibəti ilə təbrik edib. 

Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib:

“Əziz Fatma xanım!

Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram!”


25 Apr 2024
Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

25 Apr 2024
Siyasət

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi - FOTO/VİDEO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

25 Apr 2024
Siyasət

Macarıstanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

25 Apr 2024
Siyasət

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Portuqaliyada keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb.

25 Apr 2024
Siyasət

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.