Cəlilabadda Şəhidlər Parkı salınacaq - FOTO

Cəlilabadda Şəhidlər Parkı salınacaq - FOTO
25 Yan 2022 09:02


Cəlilabad rayonunda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Parkı salınacaq.

 bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən müvafiq qərar verilib.

Qərara uyğun olaraq, parkın salınması üçün rayonun Babalı kəndinin girişində təxminən 0,4 ha ərazi ayrılıb.

Şəhidlər Parkının salınması təşəbbüsü rayon fəalı Namiq Ağa tərəfindən irəli sürülüb və bir qrup rayon sakini bununla bağlı yerli icra hakimiyyətinə müraciət edib.

Cəlilabad RİH tərəfindən parkın inşası üçün təklif olunan yer məqsədəmüvafiq hesab olunub və sənədləşdirmə işlərinə başlanılıb.

Yaxın zamanda Şəhidlər Parkının inşasına başlanılacaq və ərazidə rayonun Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin hər birinin xatirəsinə müxtəlif növ ağaclar əkiləcək.

N.Ağa bildirib ki, ərazidə ağacəkmə aksiyasına xeyli sayda insan cəlb olunacaq: “Hər şəhidimizin adına bir ağac əksək, bununla həm onların xatirəsini əbədiləşdirərik, həm də təbiətimizi abadlaşdırarıq. Ağacların əkilməsi ilə salınan bağ isə bizim üçün Şəhidlər Parkı olacaq”.


29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.