Ekspert: "NATO ölkələri Ukraynaya fərdi şəkildə kömək edə bilər"

Ekspert: "NATO ölkələri Ukraynaya fərdi şəkildə kömək edə bilər"
24 Yan 2022 16:31

"NATO ilə danışıqlardan boyun qaçıran Rusiya Prezidenti Vladimir Putin məsələni dinc yolla həll etmək niyyətinin olmadığını təsdiq edərək sadəcə müharibəyə başlamaq üçün bəhanə axtarır".

Bunu “Realpress.az”a amerikalı jurnalist və hüquqşünas, milli təhlükəsizlik eksperti İrina Zukerman (İrina Zuckerman) bildirib.

“Rusiya NATO-nu özünə təhdid və hazırkı hadisələrin günahkarı olaraq qələmə verir” – deyən ekspertin fikrincə, Rusiya Ukraynaya qarşı müharibəyə başlasa, NATO ölkələri ayrıca olaraq, fərdi şəkildə Ukraynaya kömək edə bilər: “Məsələn, Böyük Britaniya Ukraynaya silah tədarükünə başlayıb, vəziyyət Ukrayna üçün təhlükəli olsa, Polşanın da müdaxiləsi istisna deyil”.

Xatırladaq ki, bu gün NATO Şərqi Avropada hərbi mövcudluğunu artırmaq qərarı verib.

“Vaşinqton da Rusiyanın Ukrayna ərazisinə ordu yeridəcəyi təqdirdə bu ölkəni SWIFT maliyyə sistemindən çıxartmaq da daxil olmaqla bir sıra ciddi sanksiya tətbiq edəcəyini bildirib” – deyən ekspert belə bir addımın doğrudan da atılıb-atılmayacağının hələlik müəmmalı olduğunu qeyd edib. Eyni zamanda Ukrayna NATO üzvü olmadığı üçün bu təşkilatın müharibəyə qarışmasının ağlabatan olmadığı da bildirilib.

Ekspertin qənaətincə, əslində Ukraynada müharibə Krımın ilhaq olunmasından bu yana davam edir, sadəcə zəif şəkildə gedir, indi isə Rusiyanın ordu hissələrini Ukrayna sərhədlərinə yerləşdirməsi genişmiqyaslı müharibənin başlayacağına işarədir.

Moskva Dövlət Universitetinin dosenti, politoloq Aleksey Fenenko hazırkı vəziyyətdə tərəflər arasında razılaşmanın mümkün olmadığı qənaətindədir. “Realpress.az”ın Rusiya bürosuna açıqlama verən politoloq deyib ki, tərəflərin qarşılıqlı olaraq irəli sürdüyü tələblər bir-birini istisna edir: “Rusiya NATO-nun MDB və keçmiş Varşava Paktı ölkələrindəki infrastrukturunun ləğvindən bəhs edir, ABŞ isə bunu rədd edərək postsovet məkanında infrastrukturun daha da genişləndirilməsini dilə gətirir. Gələcəkdə NATO ilə Rusiya arasında təməl sənəd məsələsi mütləq gündəmə gələcək”.

Ekspert Rusiyanın NATO ilə qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik barədə 1997-ci ildə imzalanmış təməl aktın müddəalarını əsas götürməsini bildirdiyini xatırladıb: “Bu aktın indi hüquqi statusu çox mürəkkəbdir. Onun hər 10 ildən bir uzadılacağı qərarlaşdırılsa da, 2017-ci ildə belə bir bəyanat verilmədi. Bu aktın uzadılmasına Polşa tərəfindən veto qoyulub”.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.