Gürcüstanın terrorizmlə mübarizə üzrə yeni milli strategiyası hazırlanıb.
"Realpress.az"ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Strategiya və fəaliyyət planı hökumətin bugünkü toplantısında təsdiq olunub.
Hökumət başçısı deyib ki, sənədin məqsədi dövləti və cəmiyyəti terrorizm və zorakı ekstremizmin yaratdğı təhlükələrdən qorumaqdır.
Qeyd edək ki, qonşu ölkədə terrorla mübarizə üzrə üçillik mili strategiya 2019-cu ildə qəbul olunub.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.