Azərbaycanın qiymətli kağızlar bazarı 20% böyüyüb

Azərbaycanın qiymətli kağızlar bazarı 20% böyüyüb
24 Yan 2022 14:46

2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 19,5 % çoxdur.

İllik göstəricinin 8,353 milyard manatlıq hissəsi ilkin bazarda (təxminən 8,2% az), 8 526,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (67,7% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 12 566 əqd bağlanılıb. Bu illik müqayisədə 99,6% çoxdur. Əqdlərin  2 702-si ilkin bazarın (81,2% çox), 9 864-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.

Ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 287,8 milyon manatlıq hissəsi və yaxud 43,2%-i dövlət qiymətli kağızlarının, 2 395,1 milyon manatlıq hissəsi və yaxud 14,2%-i korporativ qiymətli kağızların, 7 196,3 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,5% az,  28,6% az və 3,3 dəfə çoxdur.

2021-ci ildə bu bazarda bağlanmış əqdlərin isə 2 206-sı və yaxud 17,6%-i dövlət qiymətli kağızlarının, 6 076-sı və yaxud 48,4%-i korporativ qiymətli kağızların, 4 284-ü və yaxud 34,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 27%, 87,7% və 3,2 dəfə çoxdur.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.