Moskva şəhərində yanvarın 22-dən fevralın 20-dək Azərbaycan filmləri həftələri keçiriləcək.
“Realpress.az” “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sərginin 14 nömrəli “Azərbaycan” pavilyonunda hər həftənin istirahət günləri Azərbaycan kinosunun inciləri nümayiş olunacaq. Həmin nümayişlərə giriş sərbəstdir.
Göstəriləcək filmlər arasında Rüstəm İbrahimbəyov, Eldar Quliyev, Anar Rzayev, Rasim Ocağov, Yuliy Qusman kimi rejissorlar və ssenari müəlliflərinə aid ekran əsərlərinin olduğu bildirilir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.