“Avtomobil diaqnostikası” istiqaməti üzrə təlim təşkil olunacaq

“Avtomobil diaqnostikası” istiqaməti üzrə təlim təşkil olunacaq
21 Yan 2022 12:53

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi avtomobil diaqnostikası təliminə müraciətlər qəbul edir.

Mərkəzdən "Realpress.az" a bildirilib ki, təlimə seçilmiş iştirakçılar yanacağın vurulması, qəbul, çıxış, birbaşa benzinin püskürdülməsi, yağlama, soyutma, tormoz, sükanın idarə edilməsi, asqı, doldurma, işəsalma, işıqlandırma, alışma, havalandırma komfort sistemləri haqqında biliklərə yiyələnəcəklər.

Həmçinin transmissiya elementləri, təkərlərin montaj və demontajı, balanslaşdırılması, dönmə bucaqlarının tənzimlənməsi, avtodiaqnostika, avtomobil akkumulyatorunun təchizi və elektrik dövrələri haqqında məlumat alacaqlar.

Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. İki modul üzrə 11 həftə (68 saat) davam edəcək təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək.

Təlimə qoşulmaq istəyənlər yanvarın 30-dək müraciət edə bilərlər.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.