Xidmət rəisi balıqçılara çağırış edib

Xidmət rəisi balıqçılara çağırış edib
21 Yan 2022 12:49

Su hövzələrində balıqların istifadəsi qadağan olunmuş sintetik torlarla ovlanması cinayətdir. Qanunvericiliyə əsasən sənaye balıq ovu ilə məşğul olan subyektlərin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və tək saplı torlarla balıq ovu ilə məşğul olması qadağandır. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, aparılan maarifləndirmə və müvafiq cəza tədbirlərinə baxmayaraq ölkə ərazisində keçirilən reydlər, nəzarət tədbirləri zamanı balıqçılıq subyektləri, həmçinin brakonyerlər tərəfindən qadağan olunan sintetik torlardan kütləvi istifadə edilməsi halları aşkar olunur.

“Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür, balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, onlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir.

Qəti şəkildə bildiririk ki, onların istifadəsinə son qoyulmalıdır. Çox təəssüf ki, bu torlardan istifadə edənlərin bəziləri hətta kvota ilə balıq ovlayan hüquqi şəxslərdir”.

H.Əlizadə qeyd edib ki, ölkənin su hövzələrində keçirilən reydlər zamanı 2020-ci il ərzində 65 min metr, 2021-ci il ərzində isə 50 min metrdən çox sintetik tor yığılaraq zərərsizləşdirilib.

“Sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılması qadağandır. Balıq ovu ilə məşğul olan bütün subyektlərin, həmçinin sintetik torları qanunsuz yolla əldə edən və satışı ilə məşğul olan ticarət obyektlərinin bir daha nəzərinə çatdırırıq ki, belə hallar aşkar olunduqda onlara qarşı cəza və sanksiyalar tətbiq olunacaq. Bu hallar qanuni kvota almış balıqçılıq subyektlərində, hüquqi şəxslərdə aşkarlanarsa, onların kvotası ləğv olunacaq və su hövzələrinə girişi qadağan ediləcək”.

Xidmət rəisinin sözlərinə görə, 2022-ci il ərzində də aidiyyəti qurumlarla birgə sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılmasının qarşısının alınması sahəsində davamlı nəzarət tədbirlərinin keçirilməsi nəzərdə tutulub.


25 Apr 2024
Siyasət

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR + VİDEO

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. 

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.