“Şuşa İli” çərçivəsində uşaq yaradıcılıq müsabiqəsi elan edilib

“Şuşa İli” çərçivəsində uşaq yaradıcılıq müsabiqəsi elan edilib
19 Yan 2022 10:51

Azərbaycan Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində "Xatirələrdə qalan oyuncaqlar" adlı uşaq yaradıcılıq müsabiqəsi elan edilib.

"Realpress.az" ın xəbərinə görə, müsabiqə uşaqlıq duyğularımızı, xatirələrimizi yaşatmaq məqsədilə həyata keçiriləcək.

Oyuncaqlar sadəcə əyləncə obyekti deyil, həmçinin uşaqlar ətrafındakı dünyanı öyrənməyə başlayan zamandan onun yoldaşı, köməkçisi və müəllimi olur.

Müsabiqəyə qatılmaq üçün uşaq vaxtı ən çox sevdiyiniz və arzuladığınız oyuncağın rəsmini çəkməklə və ya istədiyiniz materialdan (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamaqla iştirak etmək olar.

Qeyd edək ki, uşaq vaxtından saxlanılan oyuncaqlar müsabiqəyə təqdim edilə bilər.

Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə Bakı Xətai Sənət Mərkəzi facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share)

təqdim edəcəyiniz əsərin fotosu ilə bərabər müəllifin adı, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə 2022-ci il fevral ayının 10-dək qoşulmaq mümkündür.

Müsabiqəyə yalnız bir əsər təqdim oluna bilər.

✓ Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya əsas götürüləcək.

✓ Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.

✓ Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

✓ I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

✓ Müsabiqə seçimlərindən narazı olan (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər.

✓ Əlavə suallar üçün 0513107401 whatsapp nömrəsinə müraciət etmək olar.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Mükafatlandırma fondu:

Sərgidən seçilmiş əsərin müəlliflərinin Bakı Dövlət Sirkində sərgisi və sirk tamaşasına baxış üçün 1 bilet təqdim ediləcək.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.