İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri təşkil olunub

İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbiri təşkil olunub
17 Yan 2022 09:37

Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı əsasında insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə təlimi təşkil olunub.

Dövlət Turizm Agentliyindən "Realpress.az" bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən hotel nümayəndələri, turoperatorlar və turizm agentlikləri nümayəndələri üçün təşkil olunmuş təlim DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə tərəfindən keçirilib.

Təlim zamanı “İnsan alveri nədir?”, “İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar”, “İnsan alverinin qurbanlarının müəyyən edilməsi”, “İnsan alverinin nəzəri anlayışları” kimi mövzular üzrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb.

İştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı broşürlər və bukletlər paylanılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 yarımbəndinin icrası məqsədilə təşkil edilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.