Deputat: "Şəhid ailələri və qazilərə dövlətin maddi və mənəvi dəstəyi ən yüksək səviyyədədir"

Deputat: "Şəhid ailələri və qazilərə dövlətin maddi və mənəvi dəstəyi ən yüksək səviyyədədir"
14 Yan 2022 16:34

Dövlətin şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğısı Azərbaycanda tam fərqli formadadır. Bunu biz digər dünya ölkələri ilə müqayisə etməklə görə bilərik. Çünki bizdəki yanaşma çox spesifik formadadır. Şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı nümunəvidir: "Məsələn, bu kateqoriyadan olan insanlara mənzillərin təqdim olunması dünyanın əksər ölkələrində rast gəlinməyəcək bir təşəbbüsdür. Ancaq Azərbaycan bu istiqamətdə demək olar ki, bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək addımlar atır. Dünyada gedən iqtisadi proseslərdən asılı olmayaraq hər il bu işlər həyata keçirilir. Postmüharibə dövrü olmasına baxmayaraq, təkcə ötən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərinə 850, İkinci Qarabağ müharibəsinin qaziləri və şəhid ailələrinə isə 750 mənzil verilib. Bu proses bu gün də davam edir. Ümumilikdə isə bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib".

 həssas təbəqəyə göstərilən diqqət bununla da yekunlaşmır: "Onların sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab prezident tərəfindən təlimat verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir".

V.İskəndərov qeyd edib ki, şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı mənəvi dəstəyi də ən yüksək səviyyədədir: "Həm cənab prezident İlham Əliyev, həm də birinci vitse prezident Mehriban xanim Əliyeva tez tez şəhid ailələri, müharibə işirakçıları, müharibə əlilləri ilə görüşür, onların problemləri ilə maraqlanır".


25 Yan 2022
Cəmiyyət

“Omikron”dan qoruyan qidalar

"Omikron" ştamının yayılması zamanı qida rasionuna piy, yağ və digər heyvan mənşəli yağ məhsulları əlavə edilməlidir. 

25 Yan 2022
Cəmiyyət

Qisası alınan “Daşaltı əməliyyatı”ndan 30 il ötür

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 30 il ötür.

25 Yan 2022
Cəmiyyət

Zaur Baxşəliyev koronavirusa yoluxub

Məşhur aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

25 Yan 2022
Cəmiyyət

100 yaşlı Fatma Səttarova: “Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 yaşı tamam olur. Bu gün Prezident İlham Əliyev bu münasibətlə onu təbrik edib və “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

25 Yan 2022
Cəmiyyət

Dayanma-durma cəriməsi ikiqat arta bilər – VİDEO

Sürücülərin ən çox cərimələndiyi qayda pozuntularından biri də dayanma-durmaya görədir.