Lavrov: “Ermənistanın demarkasiya ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdıracağıq”

Lavrov: “Ermənistanın demarkasiya ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdıracağıq”
14 Yan 2022 15:15


“Həqiqətən də Soçi görüşünün sonunda sərhədlərin demarkasiyası üzrə ikitərəfli komissiyanın 2021-ci ilin sonuna qədər yaradılacağı ilə bağlı açıqlama verilmişdi”.  

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında söyləyib.

“Amma həyatda bəzi məqamlar mürəkkəbdir. Ötən gün erməni həmkarlarımla danışıqlar aparmışam. Onların yeni təklifləri yaranıb. Biz öz növbəmizdə bu təklifləri Bakıya təqdim edəcəyik. Çalışacağıq ki, bu məsələlər tezliklə işə düşsün. Bir daha qeyd edim ki, orada fikir ayrılığı bu komissiyanın tezliklə işə düşməsinə nail olmaqdır. Bu, bir qədər çətin olacaq. Biz əmin olduq ki, bu mövzu müzakirə edilir. Yəqin ki, ən optimal variant bu komissiyanı yaratmaq və onun gündəliyinə daxil olan məqamların ardıcıl şəkildə həllinə nail olmaqdır”, - rusiyalı diplomat fikrini tamamlayıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.