Dünya ulduzu avtoqraf istəyən pərəstişkarını döydü - VİDEO

Dünya ulduzu avtoqraf istəyən pərəstişkarını döydü - VİDEO
14 Yan 2022 13:37


Amerikalı reper Kanye Uest avtoqraf istəyən pərəstişkarına hücum edib.

Hadisə Los-Ancelesdə qeydə alınıb.

Məlumata görə, reperin pərəstişkarı küçədə ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib. Bu, musiqiçini qəzəbləndirib. O, fanatı itələyib, sonra isə iki dəfə, baş və boyun nahiyəsinə zərbə endirib.

Jurnalistlər hücumdan dərhal sonra lentə alınan videonu əldə ediblər. Kadrlarda yerdə uzanmış kişi və Uesti sakitləşdirməyə çalışan qadın görünür. Qadın özünü reperin pərəstişkarı adlandırır və deyir: “Mən sənin ailənəm”.

Reper cavab olaraq ondan uzaqlaşmağı tələb edir və gizlənməyə çalışır.

Hadisə ilə bağlı Los-Anceles polisi araşdırmalara başlayıblar. Bu hadisəyə görə cəza tədbiri isə altı ay həbsdir.

Mənbə: TMZ

8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.