ADU: Xorvatiyada Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub

ADU: Xorvatiyada Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub
13 Yan 2022 16:56

Yanvarın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebiçlə görüş keçirilib.

Bu barədə "Realpress.az" ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. Diplomata Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Qeyd olunub ki, ölkələr arasında sıx iqtisadi və siyasi əlaqələr mövcuddur. Rektor əlaqələrin bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. “Səfir saatı” layihəsindən danışan akademik Kamal Abdulla qonağı bu layihədə iştirak etməyə dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında müəllim və tələbələrə mühazirələr oxuyurlar, fikir mübadiləsi aparırlar.

Görüş zamanı ADU-da 20-ə yaxın xarici dilin öyrənildiyi diqqətə çatdırılıb. Rektor xorvat dilinin də tədris olunacağına ümidvar olduğunu söyləyib. ADU-da Xorvat dili mərkəzinin, Xorvatiyada isə Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub.

Səfir Branko Zebiç göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd olunub ki, Xorvatiya ilə Azərbaycan tarix baxımından bir-birlərinə yaxın ölkələrdir. Hər iki ölkənin həssas bir coğrafiyada yerləşməsi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında təhsil, turizm, idman sahələrində əlaqələrin qurulmasının vacibliyi önə çəkilib. “Səfir saatı” layihəsində böyük məmnuniyyətlə iştirak etmək niyyətində olduğunu bildirən səfir dəvətə görə xüsusi təşəkkür edib.

Səfir qarşıda geniş imkanların olduğunu bildirib. Həmçinin xorvat dilinin tədrisində maraqlı olduqlarını ifadə edib. Qeyd olunub ki, hər iki ölkə arasında müəllim və tələbə mübadiləsi mümkün imkanlardan biridir.

Daha sonra Xorvatiyanın ölkəmizdəki səfiri ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.