Məktəb direktorları ilə görüş keçirilib

Məktəb direktorları ilə görüş keçirilib
13 Yan 2022 15:02

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə "Realpress.az" a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ilinin fəaliyyət istiqamətləri, 2021-ci ilin yekunları və yeni təqvim ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva çıxışı zamanı həyata keçirilən islahatların Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə fikirlərini bildirib.

İdarə müdiri qeyd edib ki, Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etməklə tarixi, mədəni və ictimai-siyasi yaddaşımızı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq nümunəsi göstərir.

Mehriban Vəliyeva “Şuşa İli”nin təhsilimiz üçün yeniliklərlə əlamətdar il olacağına əminliyini ifadə edib, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı məktəbin qarşısında daha ciddi vəzifələrin durduğunun və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyinə toxunub.

BŞTİ-nin müdiri 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritetlərdən danışıb.

Təhsil müəssisələrində epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edən Mehriban Vəliyeva təhsilverənlərin və təhsilalanların sağlamlığının qorunması üçün gigiyena qaydalarına ciddi riayət olunmasının zəruriliyini vurğulayıb. İdarə müdiri Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən inspeksiyaların keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının, ümumi təhsil məktəblərinin idarəetmə sisteminin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar verib.

BŞTİ müdiri tədrisin səmərəli təşkili, vətəndaş məmnunluğunun təmin olunması, keyfiyyətə nəzarət, qiymətləndirmə, informasiya mübadiləsi, olimpiadalara hazırlıq səviyyəsinin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlərlə bağlı tövsiyələrini səsləndirib.

Görüşdə BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev fənn olimpiadalarına hazırlıq, təhsilalanların müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsi, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlili, fənn müəllimlərinin distant formada ixtisasartırma kurslarına cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin şagirdlər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi, “Zəfər tarixi” kursu üzrə monitorinqlərin aparılması, milli-mənəvi dəyərlərin formalaşdırılması üçün təhsil müəssisələrində işin təşkili və digər məsələlərə diqqət çəkib.

Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəblərdə aparılan operativ monitorinqlərin nəticələri və diaqnostik qiymətləndirmələrlə əlaqədar təqdimatla çıxış edib. Həmçinin sektor müdiri IX sinif buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən monitorinqlərin nəticələri barədə fikirlərini bildirib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.