İlham Əliyev Naxçıvana avtomobil yolunun çəkilişi ilə bağlı yenilikləri açıqlayıb

İlham Əliyev Naxçıvana avtomobil yolunun çəkilişi ilə bağlı yenilikləri açıqlayıb
13 Yan 2022 09:01


“Yox, mən bunu görmürəm. Çünki Ermənistan tərəfindən hələlik hər hansı bir cavab verilməyib bu təklifə”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, kommunikasiyanın açılması ilə bağlı artıq cavab verilib: “Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər. İndi hər kəs bunu yaxşı xatırlayır ki, həm dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu, olmayacaq. Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.

25 Yan 2022
Siyasət

İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib.

25 Yan 2022
Siyasət

Rəşad İsmayılov GECF-in yeni baş katibi ilə görüş keçirib - FOTO

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov Katibliyi Doha şəhərində yerləşən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) yeni təyin olunmuş Baş Katibi Məhəmməd Hamel ilə 2022-ci ilin 25 yanvar tarixində Səfirlikdə görüş keçirilib.

25 Yan 2022
Siyasət

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.