AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
Rəsədxanadan "Realpress.az"- a bildiriblər ki, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova gündəlikdə olan məsələlər barədə məlumat verib. O, eyni zamanda, Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci ilin ilk rübü üçün fəaliyyət planını təqdim edib.
Cari ilin ilk rübündə keçirilməsi planlaşdırılan fəaliyyətlərlə bağlı detallar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra çıxış edən şura üzvlərinin fikirləri dinlənilib, elmin inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.