Azərbaycanda 21 yaşlı qızın intiharının TƏFƏRRÜATI: Cibindən məktub çıxdı

Azərbaycanda 21 yaşlı qızın intiharının TƏFƏRRÜATI: Cibindən məktub çıxdı
14 Dek 2021 16:59

Salyanda gənc qızın intihar etməsinin təfərrüatı məlum olub.

Rayonun Ərəbqardaşbəyli kənd sakini, 2000-ci il təvəllüdlü Bağırova Könül Şakir qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib. Onun cansız bədənini axşam saatlarında atası aşkar edib.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.

"Realpress.az"ın yerli bürosunun əldə etdiyi məlumata görə, zəhmətkeş ailədə doğulan K.Bağırova əvvəllər nişanlı olub və nişanlısının çox qısqanc olması səbəbi ilə qızın ailəsi nişanı qaytarıb.
Yaxınlarının bildirdiyinə görə, olduqca ağıllı və tərbiyəli olan K.Bağırovaya başqa bir oğlan elçi düşüb. Hər iki tərəfin razılığı ilə gənclər nişanlanıblar. Bir neçə gündən sonra baş tutacaq nişan mərasiminə hazırlıqlar da görülübmüş.

Yaxınlarının sözlərinə görə, qızın əvvəllər nişanlı olmasını indiki nişanlısının ailəsindən gizlədilib. Hadisənin üstü açılandan sonra isə qızın ikinci dəfə nişanının qaytarılacağı barədə söz-söhbət yayılıb. Bütün olanların gərginliyini yaşayan K.Bağırova çıxış yolu kimi özünə qəsd edib. Onun üzərində olan kağız parçasında yazılıb: “Mənim ölümümdə heç kəs günahkar deyil”.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.