Beynəlxalq Ədalət Məhkəməsinin bu gün elan edilmiş qərarları arasında Azərbaycanın iddiası üzrə Ermənistanın mina xəritələrini qaytarması ilə bağlı qərarı yoxdur.
realpress.az-ın xəbərinə görə, bunun səbəbi bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsidir.
Ermənistan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.
“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.
“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.
“Biz iqtisadiyyatımızı şaxələndiririk.