“Turizm bələdçilərinin əldə edəcəkləri sənəd üç ildən az, beş ildən çox olmayaraq yenilənməlidir”.
Realpress.az xəbər verir ki, bunu Azərbaycan Turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.
O bildirib ki, ilkin və təkrar sertifikatlaşdırma mövcuddur və bələdçinin fəaliyyəti ilə bağlı burada məhdudlaşdırma mütərəqqi xarakter daşıyır:
“Turizm bələdçisi tərəfindən ölkə haqqında çatdırılan informasiyanın nə qədər dolğun və düzgün olduğunu araşdırmağa ehtiyac var. Biz sadəcə qiymətləndirmə aparırıq”.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev əlavə edib ki, sertifikatlaşdırmanın məbləği ilə bağlı rəqəm artıq məlumdur:
“Bu böyük bir məbləğ deyil. 200-500 manat çərçivəsindədir. Ola bilər ki, daha da az olsun.
Potensial olaraq ölkə üzrə 300 nəfər turizm bələdçisi var. Növbəti il 100 turizm bələdçisi gözlənilir. Prosesə yanvar ayından başlanılması gözlənilir”.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.