Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib - VİDEO

Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib - VİDEO
04 Dek 2021 11:34


Pilot atasının ölümündən təsirlənən azyaşlının çəkdiyi rəsm görənlərin ürəyini dağladı.

Sən demə, 1-ci sinif şagirdi olan Banu Məmmədli rəssamlığı şəhid atasından öyrənib.

Helikopter qəzasında həlak olan mayor Murad Məmmədovun atası bildirir ki, oğlu hərbçi olsa da, rəsmə həvəsi olub. Rəssamlıq üzrə ali təhsil alan Muradın dəfələrlə sərgisi də keçirilib. Şəkil çəkməyə vurğun olsa da, şəhidimizin Vətən sevgisi onu hərbçi olmağa sövq edib.

Belə ki, Muradın yaxın dostu, pilot Abbas Qasımov Vətən müharibəsində şəhid olan ilk hərbçidir.

Həyata bax ki, Abbas ölümündən bir neçə dəqiqə əvvəl övladlarını sirdaşına, dostuna tapşıraraq şəhidlik məqamına ucalıb. Amma Murad da dostundan təxminən bir il sonra şəhid olub.

Muradın ölümündən iki gün əvvəl yaxınları ilə sanki vida söhbəti olub. Ailə üzvləri deyir ki, sağollaşarkən onlarla elə görüşüb ki, sanki sonuncu dəfədir.

Qismətə bax ki, elə belə də olur. Murad sonuncu dəfə səmaya qalxır və əbədiyyətə qovuşur.

Daha ətraflı Baku TV-nin süjetində:

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.