Nazir Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisələrə baxış keçirib - FOTO

Nazir Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisələrə baxış keçirib - FOTO
04 Dek 2021 09:18


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə birgə Qəbələ rayonunda özünüməşğulluq proqramı çərçivəsində şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib. 

Nazirlikdən bildirilib ki, Vətən müharibəsinin şəhidi İsmayıl Kərimovun atası Abbas Kərimov üçün yaradılmış iribuynuzlu heyvandarlıq təsərrüfatı, Vətən müharibəsi əlili Nicat Ədilli üçün yaradılmış dönərçilik fəaliyyəti üzrə kiçik müəssisə, Vətən müharibəsi əlili Ayaz Səfərlinin həyat yoldaşı Könül Səfərli üçün yaradılmış arıçılıq təsərrüfatı nəzərdən keçirilib.

Proqram iştirakçıları ilə görüşən S.Babayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı dəstək işləri aparılır. Bu işlər çərçivəsində həmin kateqoriyalara aid 8 min şəxs aktiv məşğulluq proqramına cəlb edilib. O cümlədən 5500-dən çox şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 2500-dən çox şəxs isə münasib işlə təmin edilib. Özünüməşğulluq proqramına cəlb olunan şəhid ailələri üzvləri və qazilər qısa müddətdə mal və materiallarla təmin edilir və öz təsərrüfatlarını qururlar. Hazırda da bu işlər davam edir.

Proqram iştirakçıları A.Kərimov, N.Ədilli, K.Səfərli onlara verilmiş aktivlərdən düzgün və məqsədyönlü istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını qeyd ediblər. Onlar şəhid ailələri və qazilərə göstərilən qayğı və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aparılan işlərin davamı olaraq Qəbələ rayonunda bu ilin ötən dövründə daha 250 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.


23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

23 Apr 2024
Cəmiyyət

Azərbaycanlı məktəblilər beynəlxalq turnirdə 10 medal qazandılar - FOTO

16-21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər.

23 Apr 2024
Cəmiyyət

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub - VİDEO

Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.