Ceyhun Bayramov ATƏT baş katibi ilə Qarabağı müzakirə etdi - FOTO

Ceyhun Bayramov ATƏT baş katibi ilə Qarabağı müzakirə etdi - FOTO
03 Dek 2021 17:51


Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib.

Həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verən Ceyhun Bayramov, münaqişədən sonra bərpa və quruculuq  prosesinə yardım mandatı olan bir təşkilat kimi ATƏT ilə bu xüsusda əməkdaşlığa açıq olduğumuzu ifadə edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.