Tərtərçay və Həkəriçayın üzərində sənaye SES-ləri tikiləcək

Tərtərçay və Həkəriçayın üzərində sənaye SES-ləri tikiləcək
03 Dek 2021 17:42

“Tərtərçay, Həkəriçay və onların qolları üzərində iri, sənaye əhəmiyyətli su elektrik stansiyalarının (SES) tikintisi üzrə danışıqlar aparılır”.

bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı panelində deyib.

“Həmin çayların yüksək hidroenerji potensialı var. Təəssüf ki, mənfur düşmən kiçik SES-ləri ekoloji normaları gözləmədən istismar edib, yararsız hala salıb. Hazırda bu stansiyalar bərpa edilir, əməli nəticələr əldə edilib. Həmçinin yeni SES-lərin tikintisi üzrə danışıqlar aparılır.

Paralel olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası aparılır. Onların gücü 140 meqavatdır ki, bu da ildə 358 milyon kVt/saat elektrik enerjisinin istehsalına imkan verəcək, 110 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Ərazini ekoloji təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr də öz nəticələrini verir”, - deyə o qeyd edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.