Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçirilir

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” keçirilir
03 Dek 2021 13:57


Dekabrın 1-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib.

Mədəniyyət və ədəbiyyat günləri Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan MEA-nın Əbu Reyhan Biruni adına  Şərqşünaslıq İnstitutu və Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur.

S.Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident Şavkat Mirziyoyev tərəfindən sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırıb.

Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat və əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, hər iki xalqın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, AMM-in təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb.

Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami və Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki, Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl-Fərabi “Xəmsə”ni ərəbcə, Nizami farsca, Nəvai isə türkcə yazıb.

Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli AMM-in fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Şöbə müdiri Nizami və Nəvai kimi şairlərin Türk dünyasının mənəvi sərvəti olduğunu, yeni yaradıcı nəsillərin yetişməsində mühüm rol oynadıqlarını söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz, Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki mövqeyi haqqında danışıblar.

Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami və Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.

Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə hər iki şairin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub.

 
18 Apr 2024
Siyasət

Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.