Səmanı fəth edən şəhid - VİDEO

Səmanı fəth edən şəhid - VİDEO
03 Dek 2021 12:18


Mayor Həsənov Elmir Mircəlil oğlu Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizdəndir. 

Baku TV-nin çəkiliş qrupu Cəlilabadın Göytəpə şəhərində şəhid mayorun ata ocağında olub, ailəsi və yaxınları ilə həmsöhbət olub. Şəhidin atası Mircəlil Həsənov deyir ki, onun hər üç oğlu hərbçidir. Qardaşları da Elmir Həsənov kimi xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər. 

Elmir Həsənovun xalası oğlu Qoşqar Məmmədov onun çox çalışqan və prinsipial insan olduğunu, eyni zamanda uşaqlıqdan məhz pilot olmaq arzusu ilə böyüdüyünü deyir. Eskadrilya komandiri olan şəhid mayor Elmir Həsənov 1988-ci il dekabrın 15-də Cəlilabadın Göytəpə şəhərində anadan olub. Aviasiya üzrə ali təhsil alan Elmir Həsənov 2015-ci ildən ömrünün son saniyəsinə qədər bu sahədə vətəninə xidmət edib. 44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşən E.Həsənov müharibədə iştirakına görə iki, ümumilikdə isə xidməti dövründə yeddi medalla təltif olunub.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.