Nigeriyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsini prezidentə təqdim etdi – YENİLƏNİB+FOTO

Nigeriyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsini prezidentə təqdim etdi – YENİLƏNİB+FOTO
23 Noy 2021 09:06


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini dedi, işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirdi. Dövlətimizin başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Suleymanın səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Səfir Yakubu Santuraki Suleyman Nigeriya Prezidenti Muhammadu Buharinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını dedi, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulandı, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edildi.

Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulandı.

20:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.


24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

“Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

24 Apr 2024
Siyasət

Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir - FOTO

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir.

24 Apr 2024
Siyasət

Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar

Astronomlar aprelin 23-nə keçən gecə olduqca nadir günəş püskürməsini qeydə alıblar.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb.