Zəngəzur dəhlizi: “Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır” - RƏY

Zəngəzur dəhlizi: “Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır” - RƏY
27 Okt 2021 16:02


“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması nəinki ölkəmiz, bütün bölgə xalqları üçün tarixi gündür”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Oktyabrın 26-da Türkiyə lideri Füzuliyə, oradan da Zəngilana səfər edib. R.T.Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdikdən sonra Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Nurlan Həsənov hesab edir ki, Cənubi Qafqazın böyük nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində həyata keçiriləcək bu layihədən hər kəs faydalanacaq.

“Dünyada bu gün sülh və təhlükəsizlik dedikdə, sadəcə müasir silahlar, güclü ordu və ya güclü müdafiə mexanizmlərinə sahib olmaq barədə düşünməməliyik”, - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, sülh və təhlükəsizlik üçün ən güclü təminatlardan biri də açıq nəqliyyat dəhlizi, qarşılıqlı ticarətin olması və nəticədə xalqların rifah içərisində yaşamalarıdır.

“Zəngəzur layihəsinin hədəfi məhz budur. Artıq Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır”, - deyə Nurlan Həsənov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.