İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları - MÖVQE

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları - MÖVQE
27 Okt 2021 15:46


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə və Zəngilana səfərləri çox mühüm tarixi və siyasi hadisədir. Türkiyə liderinin Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi böyük əhəmiyyət kəsb edirdi”.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli və Zəngilana səfərlərindən danışarkən deyib.

Millət vəkili bildirib ki, R.T.Ərdoğanın Füzuli aeroportunun açılışında, Zəngəzur dəhlizinin bir hissəsi olan avtomobil yolunun təməlqoyma mərasimində iştirak etməsi dünyaya verilən dostluq, qardaşlıq mesajıdır.

V.İskəndərov qeyd edib ki, Qarabağdakı genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi gücünü göstərən bariz nümunələrdir.

Onun fikrincə, postmüharibə dövründə İlham Əliyevin rəhbərliyi altında Qarabağın bərpası Azərbaycanın ümumi məqsədlərə çatmaq yolundakı bacarıqlarının göstəricisidir.

“Türkiyə Prezidentinin Füzuli və Zəngilana səfəri isə təkcə dostluq və qardaşlığa göstərilən nümunə yox, həm də xalqlarımız, ölkələrimiz arasındakı möhkəm birliyin, həmrəyliyin, sarsılmazlığın nümunəsi sayılır”, - deyə V.İskəndərov əlavə edib.

Deputat Zəngəzur dəhlizinin təməlinin qoyulmasından bəhs edərkən söyləyib ki, bu koridor türk dünyasını birləşdirəcək.

“Bu dəhliz Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını artıracaq və bu ərazilər regionun inkişaf etmiş bölgələrinə çevriləcək. Cənab Ərdoğan bir daha regionun inkişafı üçün altılıq formatının vacibliyindən danışdı. Yeni reallıqlar yaradan ölkə Azərbaycandır və Türkiyə bu yolda ölkəmizə bütün sahələrdə dəstək verir. Azərbaycan özü də bütün məsələlərdə Türkiyəni dəstəkləyir. Bu nümunə dünyaya yeni mesajlar verir. Bu mesajlar bəşəri dəyərlərə hörmətə çağırışdır”, - deyə V.İskəndərov fikrini yekunlaşdırıb.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.