Məleykə Abbaszadə: “Təxminən 4000 adam qəbul olmadı”

Məleykə Abbaszadə: “Təxminən 4000 adam qəbul olmadı”
27 Okt 2021 13:00


“II qrup üzrə əvvəlki qəbul imtahanında 13 642 yer təklif edilibsə, ümumi 16 min şəxs ərizə verib. 8000 nəfər isə 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılıb. Əvvəlcədən də II qrup üzrə kifayət qədər boş yerin qalacağını proqnozlaşdırırdıq”.

realpress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ötən il III qrup üzrə 12 853 yer təqdim edilmişdi, sənəd verən 21 min adamdan 16 567 nəfər 150 baldan yuxarı nəticə göstərib müsabiqəyə qatılıb:

“Əvvəldən proqnoz verildiyi kimi, təxminən 4000 adam qəbul olmadı. Halbuki onlar arasında 300 baldan yüksək nəticə göstərənlər olub. III qrup üzrə müsabiqəyə qatılan subbakalavrlardan cüzə kimlərsə nəticə əldə edə biliblər. 2 min subbakalavr müsahibəyə qatılmışdı”.

M.Abbaszadə əlavə edib ki, III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir:

“Bir neçə ixtisaslar - “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib. Bu da abituriyentlər üçün əlavə imkan deməkdir.

Eyni zamanda universitetlərin tələbləri də nəzərə alınaraq, elə bu ixtisaslar üzrə şəxslər oxumalıdır ki, ən azından coğrafiyadan orta məktəb səviyyəsində biliklərə malik olsunlar”.

“Növbəti - 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimya fənnindən deyil, informatika fənnindən imtahan vermələri ilə bağlı müzakirələr aparılır. Gələn həftə bu barədə əlavə məlumat veriləcək”, - deyə M.Ağazadə qeyd edib.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.